Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Varşavada Azərbaycanla bağlı fotosərgi keçiriləcək

Polşanın Avropa Təhsil və İnkişaf Fondu (ATİF) tərəfindən həyata keçirilən “Ölkələrarası körpülərin qurulması” layihəsi çərçivəsində Varşavada Azərbaycanla bağlı fotosərgi və konfrans təşkil ediləcək.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından Simsar.az-a bildirilib ki, tədbirlərdə iştirak etmək üçün qurumun sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-15-də Polşada səfərdə olacaq.

Şuranın maliyyə dəstəyi ilə icra olunan layihənin əsas məqsədi Azərbaycan və Polşa mədəniyyətlərinin qarşılıqlı əlaqələrini təbliğ etmək, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Polşa ictimaiyyətinə obyektiv və dolğun informasiya çatdırmaq. Layihəyə uyğun olaraq ATİF-in jurnalistlərdən və fotoqraflardan ibarət nümayəndə heyəti bu ilin aprel ayında ölkəmizə səfər edərək Azərbaycanın müxtəlif bölgələrində yerləşən muzeylərdə, mədəniyyət mərkəzlərində, tarixi-mədəni abidələrdə, qaçqın və məcburi köçkün qəsəbələrində və turizm ərazilərində fotoçəkilişlər aparıblar.

Varşavanın Mito qalereyasında iyulun 13-də təşkil olunacaq sərginin açılışından sonra ötən 20 ildə hər iki ölkədə baş verən müsbət dəyişikliklərə və inkişaf planlarına həsr edilən konfrans keçiriləcək.

Konfransda Şura sədri Azay Quliyev çıxış edərək ölkəmizin dinamik inkişafı, beynəlxalq aləmdə artan nüfuzu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verəcəkdir.

Hər iki tədbirdə Varşava şəhərinin rəhbərliyinin, hökumət və parlament nümayəndələrinin, Varşava Həyat Elmləri Universitetinin və digər ali təhsil ocaqlarının professor-müəllim heyətinin, media təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Səfər çərçivəsində Azay Quliyevin Polşa parlamentinin deputatları və Şura ilə əməkdaşlıq edən bir sıra nüfuzlu QHT-lərin nümayəndələri ilə görüşü planlaşdırılır.

 

Günel







11 İyul, 2014  10:39 Baxılıb: 772 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner