Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Zülm durdurulmazsa, stabillik olmaz” – Ərdoğandan İsrailə MESAJ

Dünya liderlərinin susduğu zamanda İsrailin Qəzzadakı qırğınına ən sərt reaksiya yenə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan gəlib

Simsar.az xəbər verir ki, Baş nazir İsrailə “Zülm durdurulmazsa, stabillik olmaz” mesajı göndərib. Ərdoğan, Yozqat Bələdiyyəsi tərəfindən təşkil edilən iftara qatılıb. Burada vətəndaşlara xitab edən Ərdoğan, İsrailin zülm etməkdən vaz keçmədiyini və onların bu mövzuda hər zaman bəhanə gətirməyə hazır olduqlarını söyləyib. Türkiyə - İsrail münasibətlərinə də toxunan Baş nazir xüsusi olaraq qeyd edib ki, zülmün durdurulmaması və embarqonun aradan qaldırılmaması halında İsraillə heç bir əməkdaşlığın ola bilməz.

Baş nazir BMT-yə də səssiz qalmamsı üçün səslənib: “Birləşmiş Millətlər Təşkilatı (BMT) başda olmaqla bütün dünyanı zülmün dayandırılmasına və atəşin kəsilməsinə dəvət edirik. Bu mövzuda keçirdiyim bir çox görüşlərdə mövqeyimizi bildirmişəm. Əgər dünya sülhə gələrsə buradakı məzlum, zərər çəkmiş insanlara qarşı qeyri mütənasib güc işlənməsinin qarşısını alar. Orada 300-400 min bomba yağdıran İsrail var. Nə vaxta kimi insanlıq buna səssiz qalacaq?”

 

Hüseyn İbadlı







11 İyul, 2014  10:25 Baxılıb: 2444 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner