Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İraq bölünür

İraq bölünməyə doğru gedir. İraq Kürdüstan Regional rəhbərliyi İraq ilə 1050 kilometrlik sərhəd xəttində xəndək qazmağa başlayıb. Məqsədin İŞİD və bu təşkilatla birlikdə fəaliyyət göstərən silahlı qruplara qarşı qorunmaq olduğu açıqlanıb. İŞİD ilə Sünni Ərəb qruplaşmaları arasında yaşanan probemlər isə Havicə bölgəsində atışmaya gətirib çıxarıb. İraq Kürdüstan Regional rəhbərliyi, Bağdat hökumətindəki nazirlərinə atışmalara qarışmamaq təlimatı verib. Bağdaddan Ərbil və Süleymaniyə gedən təyyarə reysləri də dayandırılıb.

İraqda qorxulan olur

İraq ordusunun geri çəkilməsinin ardından Mosul, Diyala, Anbar, Səlahəddin və Telafərlə, Kərkükün bəzi kəndlərini ələ keçirən İŞİD militanları, Kürdüstan bölgəsinin yeni qonşusu olub. Bölgənin Mərkəzi İraq Hökuməti ilə sərhədi 15 kilometrə kimi azalarkən, İŞİD ilə 1050 kilometrlik sərhəd xətti əməl gəlib.

Xəndək qazılır

Simsar.az Basnews Agentliyinə istinadən xəbər verir ki, İraq Kürdüstan Regional rəhbərliyi, İŞİD kontrolundakı bölgələrdən gələcək hücumlardan qorunmaq üçün, Suriyanın Rojava bölgəsindən sonra, İraq səhəd xəttində də xəndək qazmağa başlayıb. İş maşınları, peşmərgənin müşahidəsi altında 2-3 metr dərinliyində xəndəklər qazır.

Peşmərgə Nazirliyi Baş Katibi Cabbar Yaver, bununla bağlı açıqlama verib: “Kürdüstan bölgəsinə qarşı hazırlanan bütün terrorist hücumların qarşısını almaq, təhlükəsizlik və asayişi saxlamaq üçün bütün sərhəd xəttində xəndəklər qazırıq. Bu sərhədin uzunluğu 1050 kilometrdir”. Yavər xəndəklə yanaşı əraziyə tikanlı məftil də çəkiləcəyini deyib. O həmçinin, sünni ərazilərindən qaçan insanlara, kürd torpaqlarının yenə də açıq olacağını, qaçqınların xəndək əngəli ilə qarşılaşmayacaqlarını deyib.

Kürdüstan sərhədi

Yavər, könüllülərin müdafiə xəttinin, İraq-Suriya sərhəd qapısı olan Mosulun Rabiə bölgəsindən başladığını, Zumar, Eyhan, Bertillə, Başika və Həmdaniyə ilə davam etdiyini bildirib: “Mahmur, Goyer, Kərkükün Dubliz və Tazəxurmatu nahiyələri və Səlahəddinin Duzxurmatu bölgələri də könüllülərin nəzarətindədi. Biz 1050 kilometrlik İran sərhəddinə qədər olan ərazilərdə Kürdüstan torpaqlarını qoruyuruq”.

İŞİD həll olacaq

Yavər həmçinin İŞİD probleminin yavaş-yavaş həll olunacağını deyib: “İraq ordusundan qalan bütün ağır silahlar, İŞİD-in əlinə keçib. Onların raket və uzaq mənzilli silahları var. Ancaq son məlumatlara görə, onların öz aralarında ciddi anlaşmazlıqlar baş qaldırıb. Öncə tayfa döyüşçüləri ilə İŞİD arasında Havicə bölgəsində atışma baş verib və İŞİD-in bir komandiri öldürülüb. Biz İŞİD-in işğa elədiyi bölgələrdə zamanla gücdən düşəcəyini və geri çəkiləcəyini düşünürük”.

Sayları 10 mini keçməz

Yaver İŞİD-in Mosulu gözləmədikləri bir şəkildə ələ keçirdiklərini deyib: “İŞİD militanlarının sayı Mosulu işğal edərkən 2 mini keçmirdi. Planları bütün bölgəni ələ keçirmək deyildi. Sadəcə Baduş həbsxanasındakı Əl Qaidə dustaqlarını qaçırmağı planlamışdılar. O dustaqların bir çoxunu edam gözləyirdi. Lakin bölgədə İraq hökumətinə geniş narazılıq var idi. İraq ordusu da döyüşsüz geri çəkilincə Mosulu asanlıqla ələ keçirdilər. İŞİD-in silahlı gücü, Mosul, Anbar, Diyala və Kərkükdəki bütün güclərin yüzdə 10-u belə deyildi. Digərləri tayfa döyüşçüləri və başqa qruplaşmalardır. Bütün bölgədəki sayları isə heç 10 mini keçməz”

Ya Maliki, ya Kürdüstan, başqa yolu yox

İraqdakı siyasi böhranı da dəyərləndirən Yaver, Malikinin rəhbərlikdən uzaqlaşmaması halında, müstəqil bir Kürdüstanın qaçılmaz olacağını deyib: “Nuru malikinin 3-cü hakimiyyəti Kürdlərin qırmızı xəttidir. Bunu Kürdüstan Regional rəhbəri və siyasətçilər açıq şəkildə ifadə ediblər. Ondan başqa bir namizəd olsa, hər şeyə hazırıq. Lakin Amerikaya, Maliki getməsə, heç bir siyasi müddəti gözləməyəcəyimizi demişik. Ya Maliki gedəcək, ya da Kürdüstan müstəqil olacaq. Bu məsələdə geri addım atmayacağıq”.

Vüsal Qarayev







11 İyul, 2014  10:02 Baxılıb: 882 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner