Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ömrünü kinoya həsr etmiş adam

Həyatda insanlara yaxşılıq etmək, özündən sonra bir iz qoymaq düşüncəsi onun filmlərinin ana xəttidir. Tamaşaçının  həm qəlbinə, həm də düşüncəsinə təsir etməyi bacaran bu rejissorun bütün filmlərində insan sevgisi amili əsas amildir. Onun bütün filmləri insanı gözəllikləri sevməyə ruhlandırır və  mənəvi dəyərlərimizə daha həssas yanaşamğa çağırır.  Rasim Ocaqov çəkdiyi filmlərə ürəyini vermiş bütün həyatını həsr etmişdi.

Rasim Ocaqov Azərbaycanın ən füsunkar guşələrindən birində Şəkidə doğulmuşdu. O, Şəkinin sehirli aləmində böyümüşdü. Elə ona görə də Rasim Ocaqovun gözəllik qaynağı axtarmaq hissi güclü idi. Onun fotoqrafiyaya marağı da elə burdan qaynaqlanırdı. Lakin bir təsadüf nəticəsində onun həyatında hər şey dəyişdi. Günlərin birində film çəkən qrupla raslaşan Rasim Ocaqov böyük heyranlıqla kino çəkənlərin işini izləyir. Kinonun sehirli dünyası onu məftun edir və Rasim Ocaqov taleyini həmişəlik bu dünyaya bağlayır. O dünyanın həqiqətlərini öz fərqli baxışları ilə dəyərləndirmək istəyirdi. Bunun bircə yolu var idi o da kino idi. Bu istək onun yolunu 1951- ci ildə Moskvaya- Ümumittifaq Dünya Kinomatoqrafiya İnsitutuna salır. O vaxtlar Moskvada ÜDKİ-da oxumaq çox böyük şərəf idi. Çünki ən məhşur kinomotaqrflar bu insitutun yetirmələri olmuşdu. Kinooperatorluq fakültəsini bitirən Rasim Ocaqov  1956- cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi fəaliyyətə başlayır. O, Kinostudioya gəldiyi ilk gündən özünün nəyə qadir olduğunu göstərir.  Rasim Ocaqov 1957-ci ildə ilk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alır.

Rasim Ocaqovun ilk sərbəst işi isə “Onun böyük ürəyi” filmi olur. 1958- ci ildə lentə alınan bu filmdə Rasim Ocaqov həm də özünü psixoloji anların ustası kimi təsdiq edir. Ağır işdə çalışan sadə insanların ekran həyatı operatorun kamerası ilə olduqca romantik idi.  Rasim Ocaqov məhz bu insanların romantik duyğularını duyaraq təqdim etmişdi. Sonralar bir çox film çəksə də bu filmin onun ürəyində yeri başqa olaraq qaldı.

Onun operator kimi çəkdiyi filmlərdə kadrlar sujetin ümumi axarına çox ustalıqla uyğunlaşdırılmışdı. 1966- cı ildə Azərbaycan kinosunun ən maraqlı ekran əsərlərində biri “Sən niyə susursan?” filmi ekrnalara çıxdı.

Çəkdiyi  “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.

Onun rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” filmini tamamlamaq olur. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işlədi. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda  müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi. Onun ikinci rejissor işi “Tütək səsi” filmi oldu. “Tütək səsi” öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. “Təhminə”, “Otel otağı” kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.

Rasim Ocaqov Azərbaycan kinosuna əliboş gəlmədi. Onun milli kino tariximizə bəxş etdiyi filmlər həm onu, həm də kinoumuzu dünya durduqca yaşadacaq.

Bu gün sənət dostları, onun filmlərində rol almış görkəmli aktyorlar Rasim Ocaqovu sevgi və hörmətlə anır.

Hacı İsmayılov: Unudulmaz sənətkarımız, görkəmli rejissorumuz, dəyərli filmləri ilə xalqın, tamaşaçıların ürəyinə yol tapan Rasim Ocaqov haqqında danışmaq mənim üçün həm xoşdur, həm də kədərli. Rasim Ocaqov cismən bizdən ayrılsa da ruhən hər zaman bizimlədir.

Anar: Rasim Ocaqov kino üçün doğulmuşdu. Onun həyatının mənası, amalı kino idi.

Rasim Balayev: Sənət adamı olaraq çox xoşbəxətəm ki, onunla yaxından dost olmuşam. Mən Rasim Ocaqovun  4 filmində  rol almışam, bir neçə filmlərində obrazlarını səsləndirmişəm. Bu mənim üçün böyük xoşbəxtlikdir.

 

Günel Musa

 

 






11 İyul, 2014  09:44 Baxılıb: 1034 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner