Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Beynəlxalq şokolad günüdür

Şirniyyat sevənlər bu gün ümumdünya şokolad gününü qeyd edirlər.

Simsar.az-ın məlumatına görə, bu bayram ilk dəfə 1995-ci ildə fransızlar tərəfindən qeyd edilib.

Şokolad günü ilk dəfə 1995-ci ildə Fransada qeyd edilib. Daha sonra tez bir zamanda məşhurluq qazanaraq, Almaniya, İtaliya, İsveçrə və digər Avropa ölkələrində, eləcə də Avropadan kənarda keçirilməyə başlanılıb. Adətən bayram ərəfəsində festivallar, müsabiqələr və bu kimi digər şokolad tədbirləri təşkil olunur.

Şokoladın və şokolad ağacının vətəni Mərkəzi və Cənubi Amerikadır. Əvvəllər içki kimi qəbul edilən bu şirniyyatın adı haqqında müxtəlif versiyalar var. Onlardan birinə görə, şokolad qədim atstek sözü olub, "xocolatl" (çokolatl) yəni,  kakao paxlasından alınan içkinin adını bildirir. Mənası isə " acı su " kimi tərcümə olunur.  Atsteklər bu içkini "Allahların qidası" adlandırırdılar. Onun Avropaya  gətirilib, "qara qızıl" adı ilə tanınması isə ispanlara məxsus olub.

Uzun əsrlər şokolad yalnız maye halında hazırlanıb. Və varlı təbəqənin içkisi hesab olunub.

Yalnız XX əsrin əvvəllərindən başlayaraq emaledici sənayenin inkişafı ilə bağlı bu ləziz daddan təkcə aristokratlar deyil, həm də sıravi vətəndaşlar da istifadə etməyə başlayıblar.

Müasir elm sübut edib ki, şokoladda insanın rahatlığı və beynin psixoloji bərpası üçün əvəzolunmaz elementlər var.

Şokolad haqqında bilmədiklərimiz

Dünyada sevgi rəmzi kimi tanınan ilk şirniyyat şokoladdır.

Ağ şokolad dünyada sevgililərin rəmzi kimi tanınır. Belə ki, statistikaya əsasən, 20 yaşlı əksər gənclər məhz ağ şokolada üstünlük verir.

Şokoladın tərkibindəki  fenamin maddəsi,  insanda sevgi hissi yaradır.

Şokolad A,B,C,D, E, kalsium, kalium və natrium vitaminləri ilə zəngindir.

Gün ərzində 2 şokolad yemək, arterial təzyiqin aşağı düşməsinə səbəb olur.

Kakao və şokolad antiseptik xüsusiyyətlərə malik olub, dişi bir çox zərərdən qoruyurlar

Şokolad yeməklə qızdırma, soyuqdəymə xəstəliklərini dəf etmək olar.

Dünyanın ən kalorili şokoladı südlü şokolad hesab edilir

Dünya qadınlarının 15% hər gün şokolad yeyir.

Dünyada ən çox şokolad yeyilən ölkə İsveçrədədir. Belə ki, hesablamalara əsasən, hər sakinə il ərzində 10 kq şokolad düşür. Bu siyahıda 2-ci yerdə Rusiya qərarlaşıb. Orada hər sakinə il ərzində 4,4 kq şokolad düşür.

İlk dəfə plitka şokolad isə 18-ci əsrdə Meksikada hazırlanıb.

Simsar.az






11 İyul, 2014  08:44 Baxılıb: 1713 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner