Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Fələstin ağlayır - 3 gündə 22 uşaq öldü

İsrailin Qəzzada keçirdiyi əməliyyatın 3-cü günündə ölənlərin sayı 86-ya çatdı. Ən az 60 mülki vətəndaşın öldüyü, bunlardan da 22-nin uşaq, 15-nin qadın, 12-nin də yaşlı insan olduğu iddi edilir.

3 gündə 22 uşaq

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin raket hücumlarına qarşı, Qəzza zolağına başlatdığı əməliyyat üçüncü gününü tamamladı. Ölənlərin sayı artmaqda davam edir. Qəzza həkimlərinin verdiyi məlumatlara görə hava və dənizdən edilən hücumlar nəticəsində ölənlərin sayı 86-a çatdı, yaralıların isə sayı 60-ü keçdi. Ən dəhşətlisi isə ölənlərin 60-dan çoxu mülki, günahsız vətəndaşlardır. Daha dəhşətlisi isə bunlardan da 22-nin uşaq olmasıdır.

Vətəndaşa rahatlıq yoxdur

Qəzza təcili yardım xidmətinin verdiyi məlumata görə, dünən sabah atılan raketlərdən biri çayxananın üstünə düşüb və çayxanada oturan 8 nəfər mülki vətəndaş yerindəcə ölüb.

“Həmas mülkilərdən istifadə edir”

Yenə Xan Yunusda bir ailənin yaşadığı bitişik 2 ev hədəf olub. Ailədən 6-ı uşaq olmaqla, 8 nəfər ölüb. Səhər saatlarında isə Qəzzada bir maşın vurulub və içindəki 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Qəzza səhiyyə nazirliyinin açıqlamasına görə, yaşları 1 ilə 14 arasında dəyişən 13 uşaq dünənki  raket hücumlarında ölüb. İlk 2 gündə isə 9 uşaq ölmüşdü. İsrail isə, Həmasın silahlıları mülki vətəndaşların evində gizləyərək məsum Fələstinliləri təhlükəyə atdıqlarını, iddia edir.

Anası cəsədini vermədi

Cəlaliyədəki hücumda 4 yaşında qızı Yasəməni itirən ana, nə ediblərsə də, körpə qızının cansız bədənini dəfn üçün kimsəyə vermək istəməyib.

Vüsal Qarayev







11 İyul, 2014  08:17 Baxılıb: 1321 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner