Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün Dünya Əhalisi Günüdür

İyulun 11-i Ümumdünya Əhali günüdür. Simsar.az xəbər verir ki, bu əlamətdar günü 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib və ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkə tərəfindən qeyd edilib. Məqsəd dünya əhalisi məsələləri ilə məlumatı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

 

Ölkəmizdə bu yönümlü tədbirlər diqqət mərkəzindədir. Azərbaycanda MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilmiş, əhali sakinliyi və demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən «Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası» təsdiq edilib. Prezident İlham Əliyevin 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı” təsdiq edilib. Proqram çərçivəsində dövlət başçısının 19 mart 2007-ci il tarixli Fərmanına əsasən Dövlət Miqrasiya Xidməti yaradılıb. 28 dekabr 2006-cı il tarixdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilib.

 

Dünya Əhali günü ilk dəfə olaraq 2005-ci ildən Azərbaycanda geniş şəkildə qeyd olunmağa başlanıb.







11 İyul, 2014  08:16 Baxılıb: 928 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner