Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Kannda “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisi açıldı

Fransanın Kann şəhərində Azərbaycan mədəniyyət günləri davam edir.

Simsar.az xəbər verir ki, Kannda bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılış mərasimi olub.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində ölkəmizlə bağlı növbəti təqdimat iyulun 10-da Festivallar sarayında Azərbaycana aid sərgilərin açılışı ilə baş tutub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Tədbirdə çıxış edən Kannın Festivallar və Konqreslər sarayının direktoru Kler-Ann Reks bildirib ki, artıq ikinci ildir ki, Azərbaycan Kannda uğurlu təqdimatlarla çıxış edir və bu da şəhərin həyatında mühüm hadisə kimi qiymətləndirilir. Kler-Ann Reks şəhərə gələn çoxsaylı turistlərin də bu tədbirlərə böyük maraq göstərdiklərini qeyd edib.

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib. O, bildirib ki, Fransa və Azərbaycan arasında iyirmi ildən artıqdır ki, bütün sahələri əhatə edən əməkdaşlıq yaranıb. Bir çox mətləblərə toxunana birinci xanım Fransa və Azərbaycan arasında iqtisadi əlaqələrin də ildən-ilə gücləndiyini diqqətə çatdırıb. Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının, qədim misgərlik nümunələrimizin geniş çeşidi də təqdim olunur. Sərgidə təqdim edilən milli geyimlərimiz də azərbaycanlıların maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks etdirir.

Sərginin qiymətli eksponatlarından olan milli musiqi alətlərimiz də auditoriya tərəfindən son dərəcə maraqla qarşılanıb..

Kannda Nizami Gəncəvinin 850 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə təşkil etdiyi sərgilərin davamı olaraq ayrıca bölmə məhz Azərbaycan ədəbiyyatının ən dahi nümayəndələrindən birinə həsr olunub.

Bundan əlavə, Kannda Heydər Əliyev Fondunun ölkəmizin və onun mədəniyyətinin təbliğinə xidmət edən kitab, buklet və digər müxtəlif nəşrləri də sərgilənib.

Sonda Kannın Festivallar sarayında xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin konserti olub.

 

Günel

 






11 İyul, 2014  08:10 Baxılıb: 886 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner