Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Donetskdə girov götürülən azərbaycanlı azad edildi

Ukraynanın Donetsk vilayətində girov götürülən azərbaycanlı azad edilib.

Bu barədə Simsar.az-a Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.

E.Zahidov qeyd edib ki, 18 yaşlı Elvin Rasim oğlu Qasımov Azərbaycanın Ukraynadakı səfirliyi, DİN-in səfirlikdəki rəsmi nümayəndəsi polkovnik Şahin Qocayev və yerli hüquq-mühafizə orqanlarının birgə tədbirləri nəticəsində bir saat əvvəl azad olunub: “O, artıq sağ-salamat ailəsinə təhvil verilib”.

Qeyd edək ki, bu gün APA Ukraynanın Donetsk vilayətində hökumət əleyhinə olan silahlıların bir azərbaycanlı ailəsinin 4 üzvünü girov götürməsi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, ailənin 3 üzvü qohumların və Ukrayna hüquq-mühafizə orqanlarının köməyi ilə azad edilsə də, 18 yaşlı Elvin Rasim oğlu Qasımov girov saxlanılıb.







10 İyul, 2014  17:53 Baxılıb: 16453 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner