Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ed Kaşi azərbaycanlı qaçqınlara həsr olunmuş kompaniyanı dəstəklədi

Dünyanın məşhur fotojurnalistlərindən biri olan Ed Kaşi www.manyhappyreturnsidp.com. internet səhifəsində “Many Happy Returns” (MHR) kampaniyasını dəstəklədiyini ifadə edib.

Simsar.az xəbər verir ki, Nyu-Yorkda yaşayan Ed Kaşi ömrünün son 30 ilini dünyanın münaqişə bölgələrində insan faciələrini fotolentə almağa həsr edib. “VII Photo” agentliyinin həmsədri olan Ed Kaşinin əsərləri “National Geographic”, “Newsweek”, “Time” və “The New York Times” kimi mətbuat orqanlarında dərc olunub.

Ed Kaşi digər mükafatları ilə yanaşı, 2011-ci ildə “World Press Photo” müsabiqəsinin qalibi, 2010-cu ildə “UNİCEF Photo”nun və “Prize Pictet” qlobal fotoqrafiya mükafatlarına layiq görülmüşdür. Onun 7 foto kitabı dünyanı dolaşıb, “Fotojurnalistika” adlı son kitabı isə bu sahədə çalışanların istinadgahına çevrilib.

Ed Kaşi bu yaxınlarda Azərbaycanın müxtəlif yerlərində yerləşən dörd düşərgəsində qaçqın və məcburi köçkünlərin çətin həyat tərzini sənədləşdirməklə “Həyata keçməyən arzular” adlı layihəni həyata keçirib. O qeyd edib ki: “Mən bunu öz gözlərimlə görmüşəm – həqiqətən də ürək göynədən bir vəziyyətdir. Məcburi köçkünlərin acınacaqlı vəziyyətini işıqlandıran kampaniya həyata keçirmək yaxşı ideyadır.”

Böyük Britaniyada təşkil edilmiş MHR kampaniyasının məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları olan 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün acınacaqlı həyatı haqqında həqiqətləri çatdırmaqdır.

Kampaniyanın başlığı “Many Happy Returns” deyə ingilis sayağı təbrik mesajının əsasında seçilməsi, eyni zamanda, öz yurd-yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. İnternet səhifəsində tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş, Azərbaycanın 76 rayonunda yerləşən qaçqın düşərgələrindən sadəcə 3-də yaşayan məcburi köçkünlərin fotoları yerləşdirilib.

MHR internet səhifəsi həm də öz istifadəçilərinə Dünya Qaçqınlar Gününün dəyişilərək Dünya Qaçqın və Məcburi Köçkünlər Günü kimi qeyd edilməsi təklifini dəstəkləmək imkanı verir.

Günel







10 İyul, 2014  16:46 Baxılıb: 836 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner