Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Robotlar internetdən bizə informasiya ötürəcək

Bir il əvvəl robotların ünsiyyəti üçün daxili şəbəkə kimi təqdim olunan “RoboEarth” layihəsi haqqında məlumat verilib. Bu layihənin məntiqi davamı Almaniyanın Bremen Universitetinin Süni İntellekt İnstitutunun alimlərinin üzərində çalışdığı “RoboHow” layihəsi ola bilər.

“RoboEarth” layihəsi müxtəlif növ robotlara öz aralarında informasiya mübadiləsinə imkan verərək kompüterlərin qarşılıqlı əlaqəsi üçün müxtəlif dillər yaradıb. Bununla müxtəlif robotlar birlikdə eyni tapşırığı yerinə yetirə bilib.

Simsar.az xəbər verir ki, yeni “RoboHow”da alimlər layihəni daha da təkmilləşdirməyə nail olmağa çalışıblar. Belə ki, onlar robotları internet şəbəkəsi ilə işləməyi öyrətməyi planlaşdırırlar. Bu halda proqram təminatı informasiyanı hər robota uyğun çevirəcək.

Məsələn, yemək hazırlamaq arzusundasınız, lakin resepti uzun müddət internetdə axtarmaq istəmirsiniz. Bu halda bu işi robota həvalə etmək olar. O, sizə lazım olan resepti axtarıb taparaq onu komponentlərə böləcək və yeməyin hazırlanması üzrə göstəriş verəcək.

Əlbəttə, robotların qeyd olunan imkanları göründüyü kimi sadə deyil. Robotlar tərəfindən belə tapşırıqların yerinə yetirilməsi üçün tərtibatçılar hələ böyük iş görməlidirlər. Onların məqsədi robota istənilən işi yerinə yetirməyə imkan verəcək proqram təminatının yaradılmasıdır.

Vüsal Qarayev







10 İyul, 2014  16:23 Baxılıb: 1027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner