Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İsrail ordusu əmr gözləyir - Müharibə qaçılmazdır - FOTOLAR

İsrailin Qəzza sərhədinə yığdığı hərbi birliklərin əməliyyata başlamaq üçün əmr gözlədikləri açıqlandı.

İsrail tankları Qəzza sərhədində

İsrail hərbi təyyarələrinin 3 gün ərzində Qəzzaya etdiyi hava hücumlarında ölənlərin sayı 85-ə yüksələrkən, İsrailin bölgədə quru hərəkatı üçün gördüyü hazırlıqların da tamamlandığı bildirildi.

Hücum üçün əmr gözləyirlər

İsrail ordusu təmsilçisi Avichay Adraee, xarici mətbuata verdiyi açıqlamada, “Piyada birlikləri və zirehli maşınlar Qəzzaya quru əməliyyatı keçirmək üçün sərhədə hazır şəkildə veriləcək əmri gözləyir” deyib.

Əməliyyat bu gün, sabah başlaya bilər

Adraee, Baş Qərargah tərəfindən Qəzza üçün hazırlanan müdaxilə planının quru əməliyyat olduğuna diqqət çəkib: “Bütün planlar hökumət tərəfindən bütün olaraq qəbul edilib. Yəni, quru əməliyyatı da bu gün, sabah və ya uyğun görülən ən qısa zamanda başlaya bilər”.

İsrail hökumətinin 40 min ehtiyatda olan əsgərin orduya çağrılmasına yaşıl işıq yandırdığına toxunan Adraee, ”Ancaq ehtiyyatda olan əsgərlərdən hələ ki, az hissəsi silahlandırılıb” - deyə bildirib.

İşğal yox, əməliyyatdır

Adraee, gedişatın əməliyyata apardığını vurğulayıb: “Həmasın uzun mənzilli raketlərlə İsrailin şəhərlərini vurması bunu təxirəsalınmaz edir. Ancaq bu hücum işğal yox, quru əməliyyatıdır” şəklində danışıb.

Məlumat üçün deyək ki, İsrailin baş naziri Netenyahu dünən verdiyi açıqlamada, ordunun hər şeyə hazır şəkildə gözlədiyini demişdi.

Qeyd edək ki, İsrail, baş tutacaq hər hansı bir əməliyyat üçün 40 min ehtiyatda olan əsgəri orduya çağırmışdı.

Vüsal Qarayev







10 İyul, 2014  16:17 Baxılıb: 806 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner