Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Bacarıqsız, üzr istə və istefa ver”

Kürdüstanla İraq hakimiyyəti arasında gərginlik artmaqda davam edir.

Simsar.az xəbər verir ki, İraq Kürdüstan Bölgəsinin rəhbəri Məsut Bərzaninin təmsilçisi Ümit Sabah, İraq Baş naziri Nuri Əl Malikinin “Terorist qruplarının liderləri Ərbildədir” sözlərinə cavab verərək, onu istefaya çağırıb. Sabah, “Xalqdan üzr istə və istefa et. Ölkəni viranəyə çevirən biri olaraq ölkəni krizdə çıxara bilməzsən” deyib.

“Başını itirib”

Malikinin həftəlik çıxışında Kürdüstan bölgəsiylə bağlı əsilsiz ittihamlar irəli sürdüyünü deyən Sabah, “Malikinin bu sözlərinə baxanda anlayırıq ki, bu insan, başını itirib və özünü idarə edə bilmir. Bütün işi-gücü bacarıqsızlığına və çöküşünə bəhanələr tapmaqdır. Öz siyasi bacarıqsızlığını və iflas siyasətini başqalarının üstün atmaq istəyir” sözlərini işlədib.

Üzr istə və istefa et

Malikinin, “Ərbil, İŞİD, Baas qalıqları, Əl Qaidə və silahlılarının təşviqat mərkəzinə çevrilib. O terrorçu qrupların liderləri bu dəyqə Ərbildədir” sözlərinə cavab verən Sabah bunları deyib: “Ərbil, İŞİD və bu kimi terror təşkilatlarının yeri deyil. İŞİD-lilərin mərkəzi sənin yanındadır. İraq torpaqlarını, ordunun silah-sursatını İŞİD-ə təslim edən və bu təşkilatı gücləndirən sənsən. Keçmiş Baaslı generalları sən ətrafında toplamısan və bunlar, Mosulu 1 saat belə müdafiə etmədilər. İndi necə və hansı üzlə ekranlara çıxıb danışa bilirsən. Sənə ancaq bunları demək istəyirəm, İraq xalqından üzr istə və istefa et. Ölkəni viranəyə çevirən biri olaraq ölkəni krizdən çıxara bilməzsən”.

Ərbil əzilənlərin sığınacaq yeridir

Sabah, Ərbilim zülmə uğrayan və haqqı tapdalanan xalqlar üçün bir sığınacaq yerinə çevrilməsinin özləri üçün qürurverici olduğunu deyərək, “Bu xalq daha öncəki diktatorlardan çox əziyyət çəkdi, indi sənin diktatorluğundan əziyyət çəkir. Daha öncə başqa diktatorlardan qaçırdı, indi isə səndən qaçaraq Ərbilə sığınırlar” deyib.

Vüsal Qarayev







10 İyul, 2014  15:20 Baxılıb: 858 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner