Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İqtisad Universitetində təlimlərə başlanıldı

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Kredit sistemi ilə tədrisin təşkili qaydaları”na dair təlim proqramının təqdimatı keçirilib.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən xəbərə görə, təqdimat orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün təşkil edilib.

Təhsil Nazirliyinin xətti ilə təşkil olunan “Orta ixtisas təhsil müəssisələri üçün tyutor hazırlığı” proqramının davamı kimi keçirilən təlim ölkədə fəaliyyət göstərən 45 orta ixtisas müəssisəsi üçün nəzərdə tutulub. Dinləyicilər 10-23 iyul tarixləri ərzində respublikamızda təhsilin inkişafı üzrə dövlət strategiyası, tədris prosesinə nəzarətin təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi, sərbəst işlərin təşkili, kredit sistemində müəyyən olunmuş formalar, imtahana hazırlıq və Apellyasiya Komissiyasının fəaliyyətinin təşkili, tələbə və müəllimlərin mobilliyi, təcrübə və yay semestrlərinin təşkili haqqında ətraflı məlumat və biliklər əldə edəcəklər.

Təlimlərin açılışında ADİU-nun rektoru, professor Ədalət Muradov, Təhsil nazirinin müşaviri İlham Pirməmmədov və Orta ixtisas təhsili sektorunun rəhbəri Kərim Mikayılov iştirak edib. Rektor çıxışı zamanı kredit sisteminin üstünlüklərindən, o cümlədən təhsil alan ilə təhsil verən arasındakı münasibətlərinin təkmilləşdirilməsindən söz açıb. O, bu istiqamətdə universitetdə həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Təhsil nazirinin müşaviri İlham Pirməmmədov çıxışı zamanı ADİU-da “Orta ixtisas təhsil müəssisələri üçün tyutor hazırlığı” layihəsi çərçivəsində 48 tyutorun yüksək peşəkarlıqla hazırlandığını bildirib. Daha sonra kredit sisteminin tədris işçiləri tərəfindən hələ də tam mənimsənilmədiyini diqqətə çatdırıb. Tyutorlar ilə orta ixtisas təhsili müəssisələri rəhbərləri arasında birgə fəaliyyətin təşkili üçün “Kredit sistemi ilə tədrisin təşkili qaydaları”na dair təlim proqramının xüsusi önəm daşıdığını vurğulayıb. Tələbələrin sərbəst işlərinin hazırlanması barədə proqramın ADİU ilə birgə hazırlanması tövsiyə edilib.

Kursun strukturu və məzmunu “Orta ixtisas tədris müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən tərtib edilib.

Kursun sonunda imtahanları müvəffəqiyyətlə verən iştirakçılara sertifikat təqdim olunacaq.

Aysel Kərimova






10 İyul, 2014  15:18 Baxılıb: 620 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner