Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

26 uşaq Latviyaya müalicəyə göndərildi

Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası üçün dövlət tərəfindən görülən tədbirlər davam edir. Simsar.az xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 26 nəfər  Latviyaya yola salınıb.Ölkənin Yurmala şəhərindəki “Vaivari” Milli Mərkəzində uşaqlara bərpa müalicə xidməti göstəriləcək. Mərkəzdə uşaqların sağlamlıq imkanları məhdudluğunun kəskin formalarının aradan qaldırılmasına yönələn səmərəli fizioterapevtik müalicə üsulları tətbiq olunur.

Bu ilin aprelindən “Vaivari” Milli Mərkəzinə ümumilikdə 86 nəfər sağlamlıq imkanları məhdud uşaq yola salınıb. Bu ay ərzində daha 20 nəfərin göndərilməsi planlaşdırılır. Beləliklə, ötən illə müqayisədə 35 faiz çox, yəni 106 uşağın xaricdə bərpa müalicəsi nəzərdə tutulub.

 

Uşaqlar valideynlərindən birinin müşaiyəti ilə xaricə yola salınır. Onların sözügedən mərkəzdə yerləşməsi, bərpa müalicə xidmətinin  təşkilinə nəzarət, habelə müvafiq reabilitasiya təcrübəsinin öyrənilməsi məqsədilə ƏƏSMN aidiyyatı struktur bölmələrindən olan əməkdaşlar da Latviyaya ezam olunurlar.

 

Simsar.az

 






10 İyul, 2014  14:40 Baxılıb: 565 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner