Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsi elan edildi

Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti 2014-cü il üçün “Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsi elan ediblər.

Müsabiqə “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycanda turizm” və “Azərbaycan ədəbiyyatı” nominasiyaları üzrə elan olunub.

AMM-dən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edilməsi ilə əlaqədar iqtisadi mövzuda materiallara xüsusi yer ayrılmış və burada respublikamızın son illərdə iqtisadi sahədə əldə etdiyi uğurlar haqqında ətraflı məlumat veriləcək.

Bundan əlavə, “Azərbaycan mövzusunda ən çox material çap edən mətbu nəşr” nominasiyası üzrə xüsusi mükafat da veriləcək.

Müsabiqənin məqsədi Azərbaycan mövzusunun Özbəkistan mətbuatında daha çox işıqlandırılması, ölkəmizi təbliğ etmək, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsidir.

Müsabiqəyə dekabrın 31-də yekun vurulacaq və nəticələri gələn ilin birinci rübündə elan olunacaq.

Xatırladaq ki, bu təşkilatlar 2013-cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar “Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsi elan etmiş və bu il qaliblər mükafatlandırıblar.

 

Günel

 

 






10 İyul, 2014  14:11 Baxılıb: 1165 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner