Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Lənkəran Dövlət Rəsm Qalereyasında rəsm sərgisi açılıb

“Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə “Azerbaijan Art Festival–2014” layihəsi reallaşdırılır.

“Baku Creative Center”dən  Simsar.az-a verilən məlumata görə, turne şəklində Azərbaycanın bölgələri üzrə icra edilən layihə çərçivəsində Lənkəran Dövlət Rəsm Qalereyasında rəsm sərgisi açılıb.

Bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı İlqar Əzimov çıxış edərək sərginin açılışını yüksək qiymətləndirib, bunun turizm potensialının inkişafına böyük kömək edəcəyini bildirib.

Mərasimdə rayon ictimaiyyətinə “Azerbaijan Art Festival-2014” layihəsi haqqında ətraflı məlumat verilib.

Ekspozisiyada Lalə Ağayevanın, Asima Səmədlinin, Fəxri Abbasovun, Səmra Axundovanın, Fəqanə Əliyevanın, Vüsalə Ağarazıyevanın, Fəridə Qarayevanın, Lalə Hüseynovanın, Rasim Mahmudovun, Elnur Həsənovun, Pərviz Əsədovun, Günel Ravilovanın, Anar Qəmbərlinin, Mehriban Şamsadinskayanın və digər rəssamların əsərləri nümayiş edilib.

İyulun 1-dən 30-dək davam edəcək turnedə ardıcıl olaraq Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafa rayonları yer almışdır. Bu regionlarda sərgilər təşkil edilir və rəssamlar tərəfindən ustad dərslər keçirilir.

Günel







10 İyul, 2014  13:59 Baxılıb: 764 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner