Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vergilər Nazirliyi ödəyicilərə 508250 mesaj göndərdi

Bu ilin ilk yarım ilində Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 78997 sual xarakterli müraciət cavablandırılıb. Nazirlikdən Simsar.az-a verilən məlumata görə, müraciətlər əsasən, elektron xidmətlər (19,1%), o cümlədən elektron imza (6,4%), vergi növlərinin tətbiqi (16,8%), qeydiyyat (14,7%), hesabatlar (11,8%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (4,3%) və s. barədə olub.

Canlı rejimdə daxil olan müraciətlərin 96,4%-i müfəttiş-operatorlar tərəfindən birbaşa cavablandırılıb, 3,6%-i isə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilib. Araşdırmalı sual xarakterli müraciətlər orta hesabla 2,6 gün ərzində cavablandırılıb.

Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 7001 dəfə vergi borcu, 4709 dəfə isə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib. Həmin dövrdə vergi ödəyiciləri 508250 halda mesaj göndərilməklə məlumatlandırılıb. Onlardan 501602-i qısa mesaj, 6648-i isə ikitərəfli mesaj olub.

Yanvar-iyun ayları ərzində ümumilikdə təqdim edilməli olan 548805 vergi bəyannaməsindən 94,5%-i vaxtında, onların da 92,4%-i elektron qaydada təqdim edilib.

Simsar.az

 






10 İyul, 2014  12:18 Baxılıb: 621 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner