Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakı-Poti konteyner qatarının hərəkəti bərpa olunur

Son illər ərzində aparılan Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası, respublkanın dəmir yolu nəqliyyatının inkişafı və digər irimiqyaslı layihələrin həyata keçirilməsi Azərbaycan üzərindən keçən beynlxalq tranzit daşımalarının daha da artmasına, ölkəmizin nəqliyyat potensialının yüksəldilməsinə müsbət təsir göstərir.

Bu gün beynəlxalq daşımaların tərkibində konteyner daşımalarının xüsusi çəkisi getdikcə artmaqdadır. Simsar.az xəbər verir ki, respublikanın nəqliyyat sistemi üçün mühüm əhəmiyyət kəsb edən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə konteyner yüklərinin cəlb olunması və dəmir yolu nəqliyyatı üzrə daşımaların rəqabət qabiliyyətinin artırılması məqsədilə «Azərbyacan Dəmir Yolları» QSC və «Gürcüstan Dəmir Yolları» MMC ilə birgə 1996-cı ildə işə salınan, lakin sonralan fəaliyyəti dayandırılan, Bakı-Poti konteyner qatarının hərəkətinin bərpası üzrə danışıqlara başlanılıb. Bu istiqamətdə artıq bir sıra tədbirlər görülüb, o cümlədən konteyner qatarının iş texnologiyası, hərəkət qrafiki, iritonnajlı konteynerlərin daşınma tarifləri razılaşdırılıbş, yük göndərən və yük alanlarla görüşlər keçirilib, yük və vaqon axınlarının təhlilləri aparılıb. Yaxın günlərdə qatarın buraxılması nəzərdə tutulur.

Vüsal Qarayev







10 İyul, 2014  12:14 Baxılıb: 746 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner