Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dövlət Komitəsindən beynəlxalq UĞUR

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası növbəti beynəlxalq səviyyəli uğura imza atıb.

Simsar.az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə- Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası Almaniyanın Akkreditasiya Qurumu – DakkS tərəfindən növbəti dəfə akkreditasiya olunub. Belə ki, beynəlxalq mütəxəssislərin auditi zamanı AzTEST qida laboratoriyasının imkanları bir daha araşdırılıb, laboratoriyanın daha səkkiz metodu öncəki akkreditasiya sahələrinə əlavə olunub. Bunlar mikrobioloji sınaqlardan “Staphilococcus aureus”, “koliformlar”, fiziki-kimyəvi sınaqlardan “suda xloridlərin təyini”, “Ph və elektrik keçiriciliyi”, ət və ət məhsullarında toksiki metallardan “arsen”, “qurğuşun” və “kadmium” elementlərinin təyini, fındıq və fındıq məhsullarında “aflatoksin B1. B2, G1, G2 təyini” metodlarıdır.

Məlumat üçün bildirək ki, ötən il Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyası Almaniya Akkreditasiya Qurumu (DAkkS) tərəfindən akkreditasiya olunub. DakkS mütəxəssislərinin sınaq laboratoriyasında apardıqları auditin nəticəsində qurulmuş infrastruktur, tətbiq edilən müasir sınaq avadanlıqları, səriştəli kadr potensialı və sınaqların düzgün metodlarla aparılması xüsusi qiymətləndirilmiş, bütün növ ərzaq məhsullarının sınağının İSO/İEC 17025:2005 beynəlxalq standartı əsasında həyata keçirildiyi barədə qərar qəbul edilib. Bundan başqa, DakkS AzTEST-in laboratoriyasında bütün növ ərzaq məhsullarının mikrobioloji sınağını, o cümlədən meyvə şirələrində ağır metallar və titrlənən turşuların təyini, qablaşdırılmış içməli sularda kimyəvi analizləri yüksək qiymətləndirib, adıçəkilən sahələr üzrə də laboratoriyanı akkreditasiya edib.

Almaniya Akkreditasiya Qurumu tərəfindən Azərbaycan Respublikasında qurulmuş müasir sınaq laboratoriyasının akkreditasiyası ölkə sahibkarlığının inkişafı istiqamətində qazanılmış növbəti müvəffəqiyyət kimi qiymətləndirilməkdədir. Belə ki, adıçəkilən akkreditasiya Komitənin laboratoriyasının sınaq protokollarının xaricdə tanınmasını, bununla da yerli müəssisələrin istehsal etdikləri ərzaq məhsullarının maneəsiz Avropa Birliyi ölkələrinə ixracını, ixrac imkanlarının genişlənməsini, yerli sahibkarların xarici bazarlarda özlərinə layiqli yer tutmaları üçün əlverişli şəraitin yaranmasını təmin edəcək.

Vüsal Qarayev







10 İyul, 2014  12:13 Baxılıb: 837 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner