Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Fransa cihada qarşı

Fransa terror hədələrinin artmasından sonra Suriya və İraqda cihadçı gəncləri durdurmaq üçün, yeni bir mübarizə planı hazırlayır. Bu səbəbdən Fransada polis və məhkəməyə əlavə səlahiyyətlər veriləcək.

Suriyadan qayıdan cihadçı, 29 yaşlı Mehdi Nemouçenin may ayında Brüsseldəki bir yəhudi məktəbində gerçəkləşdirdiyi terror aktından sonra, Fransa terrorla mübarizə hakimləri təşvişə düşüblər. Hakimlər, “Təhlükə, hədə çox ciddidir, məhkəmənin bazası gücləndirilsin” deyə yeni təkliflə çıxış ediblər. Daxili İşlər Nazirliyi isə aprel ayında açıqladığı planı yeni bir qanun layihəsi ilə gücləndirmək qərarı gəlib.

Nazir Bernard Cazeneuve, “Öncə gənclərin cihadçı teatr səhnəsinə gəlməsinin qarşısını alacağıq. Sonra internet üzərindən terroru təbliğ edən saytları əngəlləyəcəyik. Cihadçı saytları aşkarlayacağıq”,-deyib. Nazirlər Kabinetinə təklif edilən anti-terror qanun layihəsində, öncəliklə ölkə xaricinə çıxma qadağası gətirilir. Qanun layihəsində diqqət çəkən digər bəzi qadağalar isə bunlardır:

Passportlar müsadirə ediləcək

- Radikal dinçi mühitə qoşulan, polisdə şübhəlilər siyahısında olanlar, Fransa sərhədlərini tərk etmə qadağasına məruz qala bilərlər. Xüsusilə 18 yaşından kiçiklər ölkəni tərk edə bilməyəcəklər.

- Polis bir insanın xaricə getməsini 6 aylıq əngəlləyə, lazım gələrsə yenidən bu müddəti uzada, passportlar müsadirə edə biləcək. Bu qadağalara baxmayaraq ölkəni tərk edənlərə isə beynəlxalq həbs əmri çıxarılacaq.

İnternet saytları bağlanacaq

- Xüsusilə internetdə cihadı, terrorizmi təbliğ edən məlumatlara gətirilən cəzalar ağırlaşdırılır. Gəncləri yoldan çıxaran və bu kimi istənilən saytların, şəbəkələrin izlənilməsi və istifadə edilməsinə qanuni dəstək verilir. Polis və məhkəməyə verilən bu tipli saytları bağlamaq səlahiyyəti genişləndirilir.

- Planda həmçinin, cihadçılara yardım edən, onlara döyüşçü göndərən şəbəkələrin aşkarlanması, onların əmlakının müsadirə edilməsi, cihadçı təbliğata veriləcək cəzaların artırılması da nəzərdə tutulur.

Vüsal Qarayev







10 İyul, 2014  10:52 Baxılıb: 657 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner