Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirin Qubadakı qəbul vaxtı dəyişdirildi

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Quba rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, iyulun 25-dən iyulun 21-nə keçirilib.

Simsar.az xəbər verir ki, S.Müslümov həmin gün saat 10:00-da Nazirliyin Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Qusar, Xaçmaz, Şabran, Siyəzən  rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar info@mlspp.gov.az elektron poçt ünvanı,  habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (023)335-39-79 (Quba rayon ƏSMM), (023) 385-25-43 (Qusar rayon ƏSMM), (023) 325-34-11 (Xaçmaz rayon ƏSMM), (023) 353-27-92 (Şabran rayon ƏSMM) və (023) 304-06-34 (Siyəzən rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qusar, Xaçmaz, Şabran, Siyəzən  rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Quba rayonuna aparılıb gətirilmələri təmin ediləcək.

Vüsal Qarayev

 

 






10 İyul, 2014  09:56 Baxılıb: 683 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner