Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qəzzada ölüm, İsraildə təşviş - FOTOLAR

İsrailin Qəzzaya keçirdiyi “Müdafiə Zolağı” əməliyyatının üçüncü günü ölənlərin sayı 59-a çatdı. İsrail Qəzzaya atdığı 400 bomba zərbəsinə Həmas tərəfdən uzun mənzilli raketlərlə cavab verib. İsrail, Dəmir Qübbə raket müdafiə sistemi ilə Həmasın atdığı raketləri dəf etmək istəsə də, Tel-Əviv Qüds kimi böyük şəhərlərdə panika və qorxu yaşanır.

Fələstində ölənlərin sayı 59-a çatıb. Ölənlərdən 13-ü 18 yaşından kiçikdir. Ən kiçik qurban 18 aylıq Məhəmməd Malikidir. Yaralıların sayı isə 500-ə çatıb.

Dünən gecə boyunca İsrail təyyarələri Qəzzada 160 hədəfi vurub. Ordu rəhbərliyi əməliyyat başlayandən bəri Həmasa aid 430 binanın vurulduğunu bildirib. Qəzzanın cənubundakı Beyt Hanunda bir evin vurulması nəticəsində, İslami Cihad qruplaşması komandanlarından Hafiz Hammad və ailəsindən aralarında iki qadın və iki uşağın da olduğu 5 nəfər öldürülüb.

Həmas nüvə stansiyasını hədəf aldı

Əməliyyatın başladığı gün Qəzzadan atılan 225 raketdən 117-si İsrail torpaqlarına düşüb. Həmas, nüvə stansiyasının yerləşdiyi Dimona şəhərinə də M75 tipli 3 raket atıb. Raketlərdən 1-i havada məhv edilib, 2-si isə boş əraziyə düşüb.

Böyük səhərlərdə panika

Dəmir Qübbə müdafiə sisteminə baxmayaraq Həmas raketləri İsrailin böyük şəhərlərində əhalini təşvişə salıb. Ölkənin ən böyük 2-ci şəhəri Tel-Əvivdə dünə sabah silah səsləri eşidilməsiylə insanlar qaldıqları otellərin sığnacaqlarında gizləniblər. Sürücülər maşınlarını yol kənarına çəkərək tərk ediblər. Çimrəliklərdəki insanlar da təşviş içində sığınacaq yeri axtarıblar.

Dəmir Qübbə sistemi necə işləyir

2005-ci ildə hazırlanmasına başlanılan Dəmir Qübbə raket əleyhinə sistem ilk dəfə 2011-də Beerşəba şəhərində quraşdırılıb. Sistem, qısa mənzilli raketlər və top mərmilərini raket atışıyla əngəlləməyə hesablanıb. Bir batareyada hər biri 20 raket lüləsindən ibarət 3 sistem var. İsrailin əlində 5 Dəmir Qübbə batareyası olduğu təxmin edilir. Raketlərin mənzili 70 kilometrdir.

Qeyd edək ki, İsrail, “Davudun Sapandı” adlı 250 kilometrlik yeni sistem hazırlamağı planlaşdırır.

Vüsal Qarayev










10 İyul, 2014  09:01 Baxılıb: 984 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner