Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sabirabad-Saatlı regionunda içməli su təchizatı yaxşılaşacaq

İçməli su çatışmazlığının müşahidə olunduğu Kürətrafı rayonlarda su probleminin həlli məqsədilə Talış-Sabirabad-Saatlı magistral su kəmərinin tikintisi uğurla həyata keçirilir. Kəmərin inşasının ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Simsar.az-a veilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi Kür sutəmizləyici qurğular kompleksindən paytaxta nəql edilən suyun bir hissəsinin Kürətrafı bölgələrə yönəldilməsinə imkan yaradıb. Bu məqsədlə 2012-2013-cü illərdə Şirvan-Muğan qrup su kəməri inşa edilmiş, həmin mənbədən Şirvan, Hacıqabul və Biləsuvar şəhərlərinə içməli suyun verilməsi təmin olunub. Kür sutəmizləyici qurğular kompleksinin potensialı, eyni zamanda Saatlı və Sabirabad şəhərlərinə, eləcə də ətraf kəndlərə içməli su verilməsinə imkan yaradır.

Mənbəyini Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən Kür sutəmizləyici qurğular kompleksindən götürən Talış-Sabirabad-Saatlı su kəməri 61,5 kilometr uzunluqda layihələndirilib. İndiyədək kəmərin 45 kilometrlik hissəsində işlər başa çatdırılıb. Nəql olunacaq suyun keyfiyyətini yüksək səviyyədə saxlamaq və korroziyanın qarşısını almaq məqsədilə borular daxildən xüsusi izolyasiya ilə örtülür. Eyni zamanda, kəmərin marşrutu boyunca yerləşən kəndləri su ilə təmin etmək üçün çıxışlar qoyulur.

Magistral kəmərin istismara verilməsi ilə Sabirabad və Saatlı şəhərlərinin, həmçinin marşrut boyunca yerləşən 44 kəndin 143 min sakini keyfiyyətli içməli su ilə təmin olunacaq.

Xatırladaq ki, magistral kəmərin tikintisi Azərbaycan Hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Sabirabad və Saatlı şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturları da yenidən qurulur.

Vüsal Qarayev







10 İyul, 2014  08:45 Baxılıb: 654 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner