Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

3 milyon 949 min m³ çirkab və axıntı suları təmizlənib

Dövlət Neft Şirkətinin “Ekol Mühəndislik Xidmətləri” QSC tullantıların emalı departamentindən Simsar.az-a verilən məlumata görə, yanvar-iyun aylarında departamentin 6-cı sahəsində Heydər Əliyev adına Bakı neft emalı zavodundan mexaniki təmizləyici qurğulara daxil olan 3 milyon 949 min m³ qədər sənaye çirkab və axıntı suları təmizlənib. Texnoloji proseslər nəticəsində formalaşan 5 min 578 ton neftşlam isə müasir qurğular vasitəsilə emal edilərək zərərsizləşdirilib.

Departamentin 7-ci sahəsində isə (“Azərneftyağ” neft emalı zavodunun 8-ci sexinin ərazisi) 5 milyon 625 min m³ çox sənaye çirkab suları təmizlənib, 5 min 100 ton neftşlam emal olunaraq zərərsizləşdirilib. İlin ilk altı ayı ərzində “AAS-EKOL” MMC-dən departamentin 8-ci sahəsinə (Parafin sexinə) daxil olan 102 tondan çox ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılıb.

Hesabat dövründə QSC-nin “Sifarişçi” təşkilatlarından qəbul edilən 28 min 949 ton m³ çox müxtəlif növ tullantılar departament tərəfindən texnoloji reqlamentə uyğun təmizlənərək zərərsizləşdirilib.

Vüsal Qarayev







10 İyul, 2014  08:25 Baxılıb: 653 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner