Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Fransanın “Nice-matin” qəzeti Azərbaycan günlərindən yazdı

Fransanın gündəlik “Nice-matin” qəzetinin 9 iyul tarixli nömrəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ölkənin Kanna şəhərində keçiriləcək möhtəşəm Azərbaycan mədəniyyəti günləri ilə bağlı məqalə dərc olunub.

“İyulda Azərbaycan tamam od, tamam alov” sərlövhəli məqalədə Qafqazın aparıcı dövləti olan Azərbaycanın ikinci dəfə Kannda qonaq olması, mədəniyyət sahəsində keçirilən görüşlər və atəşfəşanlıq barədə oxuculara məlumat verilib.

Məqalədə Şərqlə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycanın zəngin mədəni irsə malik olduğu zənginliyi vurğulanıb, Azərbaycan mədəniyyəti günləri çərçivəsində biri-birindən maraqlı tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan xalçalarından, keramikalardan, dulusçuluq və misgərlik sənəti nümunələrindən, evlərdə işlədilən şəbəkələrdən, qədim kişi və qadın geyimlərindən, musiqi alətlərindən ibarət sərgilərlə yanaşı, Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunan sərgi də nümayiş etdiriləcək. Məqalədə, həmçinin “Bakı-birinci Avropa Oyunları-2015”in təqdimatı ilə əlaqədar atəşfəşanlıq olacağı qeyd olunub, eyni zamanda ötən il Kannda keçirilən Azərbaycan günləri çərçivəsində möhtəşəm atəşfəşanlığı yerli sakinlərinin yaxşı xatırladığı bildirilib.

Sonrakı günlərdə Azərbaycan Dövlət Kamera Orkestrinin çıxış edəcəyi, marafon yürüşünün keçiriləcəyi, Azərbaycan caz musiqisinin səslənəcəyi, Azərbaycanın zəngin mətbəx nümunələrini təqdim olunacağı və sonda moda nümayiş etdiriləcəyi barədə də oxuculara ətraflı məlumat verilib.

Günel







10 İyul, 2014  08:22 Baxılıb: 710 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner