Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Koreya Azərbaycanda Təlim Mərkəzi yaradır

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycanda “Elektron hökumət” üzrə Təlim Mərkəzinin yaradılması layihəsi çərçivəsində ölkəmizə mütəxəssis qrupu ezam edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, avqustun 17-dək davam edəcək səfərin məqsədi Bakı Təlim Mərkəzinin yaradılması üçün zəruri informasiya texnologiyaları avadanlığının quraşdırılmasıdır.

Təlim mərkəzi dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində e-hökumət ideyasının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin səviyyəsinin yüksəlməsinə xidmət edəcək.

Layihə ilə bağlı qrant razılaşması ötən il Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında imzalanmışdır. İki il müddətində həyata keçiriləcək layihə üçün KOICA 3 milyon 700 min ABŞ dolları məbləğində qrant ayırıb.

Razılaşmaya əsasən, Bakı şəhərində, həmçinin ayrı-ayrı regionlarda e-hökumət üzrə təlim siniflərinin yaradılması və vahid sistemdə birləşdirilməsi nəzərdə tutulub. Mərkəz vasitəsi ilə dövlət qulluqçularının informasiya-kommunikasiya texnologiyaları və elektron hökumət sahəsində biliklərinin artırılması üçün təlim kurslarının təşkil olunması, həmçinin distant təhsil xidmətlərinin göstərilməsi planlaşdırılır.

Vüsal Qarayev







10 İyul, 2014  08:21 Baxılıb: 754 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner