Bu gün Luqanskda Ukrayna ordusunun iki hərbi qulluqçusu həlak olub.
Simsar.az-ın məlumatına görə, bu haqda Ukrayna Müdafiə Nazirliyi xəbər verib.
Bundan başqa "İnter" kanalının televiziya jurnalisti Roman Boçkala yaralanıb.
Daha əvvəl Ukraynanın prezident administrasiyasının başçısı Valeri Çal bildirmişdi ki, rəsmi Kiyev "Luqansk və Donetsk xalq respublikaları"nın nümayəndələriylə danışıqlar aparmayacaq.