Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Hafiz Məmmədovun həbsi xəbəri dünya mətbuatında

“Hafka” kimi tanınan azərbaycanlı oliqarx Hafiz Məmmədovun ötən bazar günü Bakı aeroportunda saxlanılması barədə Azərbaycan KİV-lərində yayılan xəbərlər Fransa və İngilərə media məkanına da sıçrayıb.

Simsar.az saytı xəbər verir ki, Fransanın “L'Equipe” jurnalı Azərbaycan KİV-lərinə istinadən H.Məmmədovun saxlanıldığı barədə məlumata yer verib.

Digər bir neçə Fransa saytları da jurnala istinadən xəbəri tirajlayıblar. Bildirilir ki, H.Məmmədovun “Lans” klubunun yüksək liqaya buraxılması məsələsində problem yarandığı bir vaxtda bu həbs xəbəri klubun taleyi ilə bağlı şübhələri daha da artırır.

Həmçinin İngiltərə mediası H.Məmmədovun həbsi barədə xəbər yayıldığına yer verib. Hereisthecity.com saytı qeyd edir ki, bu həbs xəbərinə nə H.Məmmədovun klubundan, nə də onun nümayəndəsindən heç bir şərh verilməyib. Sayt bu şayiələrin H.Məmmədov tərəfindən alınan “Şeffild Uednesdey” klubunun azarkeşlərini də narahat edə biləcəyini yazır.






9 İyul, 2014  18:28 Baxılıb: 800 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner