Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Elm festivalının keçirilmə vaxtı açıqlandı

Azərbaycanda ilk dəfə təşkil olunan elm festivalının keçiriləcəyi tarix dəqiqləşdirilib, formatı və proqramı müəyyənləşdirilib. AMEA-nın ictimaiyyətlə əlaqələr şöbsindən Simsar.az-a verilən məlumata görə, Akademiyanın prezidenti,  Akif Əlizadənin təşəbbüsü ilə formalaşdırılan "Bakı Elm Festivalı-2014" bu il noyabrın 10 və 11-də keçiriləcək.

Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunmuş elmi nailiyyətləri nümayiş etdiriləcək.

Gənc alimlərin elmin bütün sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, elmi laboratoriyalara ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən cəlbedici şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur. Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaqdır. Ölkədə fəaliyyət göstərən ali və orta təhsil müəssisələri, eləcə də akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.

Məlumata görə, tədbir AMEA-nın təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə hazırlanır. Məqsəd elm və cəmiyyəti, həmçinin elmin müxtəlif sahələrini bir-birinə yaxınlaşdırmaq, elmi nailiyyətləri sərgiləmək və gənc nəslin bu sahəyə marağını artırmaqdır.

Aysel Kərimova

 







9 İyul, 2014  16:17 Baxılıb: 617 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner