Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elmar Məmmədyarov NATO rəsmisi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apparturayı qəbul edib.

XİN-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edərək, ölkəmizin Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi kimi NATO-nun tərəfdaşlıq mexanizmlərində fəal şəkildə iştirak etdiyini bildirib.

O, əlavə edib ki, NATO ilə əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin islahatı prosesinə və orduda müasir standartların tətbiqinə öz töhfəsini verib.

C.Apparturay fəal tərəfdaş dövlət kimi Azərbaycanın NATO-nun Əfqanıstanda keçirilən əməliyyatına və beynəlxalq təhlükəsizliyə töhfəsinin Alyans tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə NATO arasında tərəfdaşlığın gələcək inkişaf perspektivləri və NATO-nun qarşıdan gələn Uels zirvə toplantısının gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.






8 İyul, 2014  18:52 Baxılıb: 640 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner