Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ETM nüfuzlu beynəlxalq təşkilata üzv oldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında  Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Anti-Phishing Working Group" (APWG ) beynəlxalq təşkilatına üzv olub. Beləliklə, ETM sözügedən qurumun tədqiqat qrupunun rəsmi üzvləri sırasına daxil olub.

Bu hadisə Azərbaycanda elektron təhlükəsizlik sahəsində həyata keçirilən siyasətin beynəlxalq arenada da uğurla davam etdirilməsinə imkan yaradacaq.

Simsar.az xəbər verir ki, “APWG”-lə əməkdaşlıq üzvlərə tədqiqat tərəfdaşlığı hüququ verir. Tədqiqat tərəfdaşı “APWG” tərəfindən müəyyən olunan "Fişinq Hesabat" ünvanında "Fişinq Hesabat Fondu Məlumatları”na çıxış əldə etmək hüququna malik olur.

Tədqiqat tərəfdaşı bununla Hesabat Fondu Məlumatlarında saxta “phishing” məlumatlarını düzgün və dəqiq göstərməsini təmin etmək üçün səy göstərmək və “APWG” üzvləri tərəfindən yanlış hesab olunan hər hansı bir məlumata düzəliş etmək haqqı əldə edir. Həmçinin tərəfdaşlara “APWG” xəbərlər və hesabatlarına abunə olmaq, onlardan istifadə etmək, qurumun iclaslarında iştirak etmək hüququ da verilir.

Məlumat üçün bildirək ki, hazırda dünya ölkələrindən 2000-dən çox müəssisənin üzv olduğu “APWG” 2003-cü ildən fəaliyyət göstərməkdədir. Qurum sənaye, hökumət və hüquq-mühafizə sektorlarında kibercinayətkarlıqla qlobal mübarizə üzrə fəaliyyət göstərən beynəlxalq koalisiyadır. Bu təşkilat fişinq və kibercinayətkarlıq məsələlərini müzakirə etmək, potensial texnoloji həlləri təmin etmək üçün vahid platforma rolunu oynayır. Artıq Azərbaycanın da üzv olduğu "Anti-Phishing Working Group" Avropa Şurası, Kibercinayətkarlıq haqqında Avropa Şurası Konvensiyası, Birləşmiş Millətlər Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi, Amerika Dövlətləri Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi qurumlarla əməkdaşlıq etməkdədir.

Vüsal Qarayev







8 İyul, 2014  17:17 Baxılıb: 663 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner