Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Parlamentlərarası Dostluq qrupu David Usupaşvili ilə görüşdü

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun üzvləri Bakıda səfərdə olan Gürcüstan Parlamentinin sədri David Usupaşvili və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüşdə Azərbaycan tərəfindən Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva və qrupun üzvləri millət vəkilləri Əhməd Vəliyev, Rasim Musabəyov və Əsabil Qasımov iştirak edib.

Dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva  və dostluq qrupun üzvləri bildiriblər ki, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupu tərkibinə görə Milli Məclisin böyük parlamentlərarası dostluq qruplarından biridir:  “Azərbaycan rəhbərliyi Gürcüstanla münasibətlərə böyük önəm verir. Eyni zamanda, Gürcüstan rəhbərliyinin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd etmək olar. Bu, bizim üçün böyük örnəkdir”.

Gürcüstan nümayəndə heyətində iki Azərbaycan kökənli millət vəkilinin təmsil olunmasının məmnuniyyətverici olduğu, Gürcüstanda yaşayan azərbaycanlıları və Azərbaycanda yaşayan gürcülərin dövlətlərimiz arasında münasibətlərin inkişafında çox önəmli rol oynadıqları deyilib.

Gürcüstan Parlamentinin sədri D.Usupaşvili bildirib ki, Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədədir. “Biz bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsini istəyirik. Bütün əsas məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür”. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə və Azərbaycan Milli Məcslinin sədri Oqtay Əsədovla yüksək səviyyədə görüş və müzakirələrinin olduğunu deyən sədr, parlamentlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Görüşün sonunda ona və heyət üzvlərinə Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun adından Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar və  Avrasiya Beynəlxalq Araşdıqmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” filmlər kataloqu hədiyyə edilib. Görüşdə  Dağlıq Qarabağ münaqişəsi həqiqətləri, münaqişənin tarixi kökləri, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalism aktları, soyqırımlar barədə sənədli filmlərin öz əksini tapdığı filmlər və kataloq barədə məlumat da verilib.

David Usupaşvili də Gürcüstan mədəniyyətini, tarixini özündə əks etdirən kitabları və materialları Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri və  üzvlərinə hədiyyə edib.

Simsar.az







8 İyul, 2014  15:46 Baxılıb: 714 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner