Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda erkən nikahların sayı azalıb

Azərbaycanda son 14 il ərzində qeydə alınan erkən nikahlarla bağlı statistik rəqəmlər açıqlanıb.    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı təhlillər zamanı məlum olub ki, Azərbaycanda 1999-2011-ci il illər ərzində nikaha daxil olan qadınların ümumi sayında yaşı 18-dək olan qızların sayı ən çox 1999-cu ildə (7,1%) qeydə alınıb. 2003-cü ildə belə nikahlar nisbətən az - 4,6% olub. 2011-ci ildə nikaha daxil olan qadınların ümumi sayında 18 yaşadək qızların payı 6,17% təşkil edib. 2011-ci ildə 5138 erkən nikah faktı qeydə alınıbsa, 2012-ci ildə bu rəqəm azalıb. Dövlət Statistika Komitəsinin 2012-ci il üzrə məlumatlarına görə, yaşı 18-dək olan qızlarla nikaha girənlərin sayı 295, 2013-cü ildə isə 229 olub. Son illərdə yaşı 18-dək olan qızlarla nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş müəyyən olunmasıdır. Qaçırılma halları 15 və 17 yaşlılar arasında daha çox baş verib. Statistik göstəricilərə görə, Azərbaycanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2009-cu ildə 3538, 2010-cu ildə 4103, 2011-ci ildə isə 4392 olub. 2012-ci ildə bu rəqəm 3236-ya, 2013-cü ildə isə 2855-ə enib.






8 İyul, 2014  15:35 Baxılıb: 679 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner