Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

ABU rəhbərliyi korrupsiyaya görə yenidən məhkəmədə

Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetində törədilmiş korrupsiya faktlarının araşdırılması üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan Sİmsar.az-a verilən məlumata görə, istintaq zamanı məlum olub ki, Mahmud Əfəndiyevin Azərbaycan Beynəlxalq Universitetinin neft-qaz yataqlarının istismarı və işlənməsi fakültəsinin dekanı vəzifəsində işləyərkən universitetin rektoru Elşad Abdullayev və qeyriləri ilə qabaqcadan əlbir olub. Nəticədə  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul olmayan ayrı-ayrı şəxslərin Mahaçqala şəhərində yerləşən ali təhsil müəssisələrinə tələbə kimi qəbul olunmaları barədə rəsmi sənədlər tərtib ediblər. Təhsil Nazirliyinin razılığı olmadan II kursdan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmələri üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 40 min 500 manat  məbləğində  külli miqdarda rüşvət alınıb.  Şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Elşad Abdullayev və qeyriləri barədə cinayət işi ayrıca icraata ayrılıb.

Simsar.az

 

 






8 İyul, 2014  14:51 Baxılıb: 703 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner