Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Sülhəddin Əkbər Milli Şuranı tərk etdi

Azad Demokratlar Partiyasının sədri ümid edir ki, qurultaydan sonra Müsavat Partiyası ilə normal münasibətlər qurulacaq

Xəbər verdiyimiz kimi, iyulun 6-da Azad Demokratlar Partiyasının (AzDP) təsis qurultayı keçirilib. Tədbirdə Sülhəddin Əkbər partiyanın sədri seçilib. Qurultayda Ali Məclisin üzvləri də seçilib.

Qurultay başa çatandan sonra Ali Məclisin ilk iclası keçirilib. Ali Məclis AzDP-nin Milli Şuradakı üzvlərinin bu qurumda fəaliyyətlərini dayandırmaq barədə qərar verib.

Bu barədə AzDP sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a açıqlamasında məlumat verib: “Bilirsiniz ki, biz Milli Şurada fərd olaraq fəaliyyət göstərirdik. Mən də daxil olmaqla, Ali Məclis üzv olanların qurumda üzvlüyünü dayandırmaq haqqında qərar qəbul etdi. Artıq iyulun 6-dan Milli Şurada fəaliyyətimizi dayandırdığımızı elan etmişik”.

Milli Şuradan çıxmaq qərarı verilməsinin səbəbinə gəlincə, S.Əkbər bunları dedi: “Təsis qurultayında çıxışımda bildirdim ki, Azad Demokratlar Partiyasının müttəfiqlik münasibətləri iki prinsip əsasında qurulacaq. Birinci, siyasi-ideoloji prinsiplərdir. İkinci prinsipimiz ondan ibarətdir ki, ölkədə bütün demokratik potensialın mobilizasiyasına imkan verən geniş əsaslı demokratik birlikdə təmsil oluna bilərik. Bundan kənarda hər hansı siyasi birliyin və ya siyasi təşkilatın maraqlarına xidmət edən blokda, koalisiyada iştirak etmək niyyətində deyilik. Bu mövqeyimi ifadə etdim və Ali Məclisdə də müzakirə olundu. Müzakirələrin sonunda Milli Şura ilə bağlı məlum qərar verildi. Milli Şuradakı AzDP üzvləri partiyanın qərarına uyğun şəkildə öz qərarlarını verib, Milli Şurada fəaliyyətlərini dayandırdılar. Yalnız bir nəfər - Ramiz Mirzəoğlu Azərbaycanda olmadığı üçün o, bu məsələyə münasibətini hələ bildirməyib”.

S.Əkbər sözügedən qərarı verdikdən sonra Milli Şura rəhbərliyi ilə heç bir danışıqlarının, görüşün olmadığını söylədi: “Görüşə ehtiyac olmadığını düşünürəm. Fürsətdən istifadə edib, Cəmil Həsənli başda olmaqla, Milli Şuradakı dostlarımıza uğurlar arzulayıram”.

S.Əkbər onu da dedi ki, hazırda partiyanın rəsmi qeydiyyatı və ölkə ərazisində təşkilatlanması əsas prioritetdir. Eyni zamanda, daxildə layiqli yer tutmaq, xarici əlaqələri qurmaq da prioritetlər sırasında olacaq.

Vaxtilə rəhbərliyində olduğu Müsavat Partiyası ilə münasibətlərə gəlincə, AzDP sədri bildirdi ki, Müsavat Partiyası qurultaya hazırlaşır, qurultaydan sonra digər partiyalarla olduğu kimi, bu partiya ilə də müəyyən edilən prinsiplər əsasında normal münasibətlər qurulacaq.

Müsavat






8 İyul, 2014  13:54 Baxılıb: 806 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner