Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

132 əlil uşağa protez taxılacaq

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin səyyar tibbi-texniki briqadası cari il iyulun 23-də Qəbələ və Oğuz, iyulun 24-də Şəki və Qax, iyulun 25-də isə Zaqatala və Balakən rayonlarında olaraq, əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərəcək.

Simsar.az xəbər verir ki, həmin rayonlar üzrə aşağı və yuxarı ətraf protezləri ilə təmin olunacaq ümumilikdə 132 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın qeydiyyatı aparılıb. Eyni zamanda, bu təbəqədən olan şəxslərin ayrı-ayrı reabilitasiya vasitələrinə olan ehtiyacı aradan qaldırılacaq. Tədbir qeyd olunan şəxslərin protez-ortopediya məmulatlarından ötrü paytaxt Bakıya gəlmək çətinliklərinin aradan qaldırılmasına, onların bu məmulatlarla yerindəcə və daha operativ təmin olunmasına xidmət edir.

Ötən ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmri ilə yaradılmış səyyar tibbi-texniki briqadalar indiyədək Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Lənkəran, Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonları üzrə dayaq-hərəkət sistemi pozulmuş şəxslərin protez-ortopediya məmulatlarına olan ehtiyaclarını aradan qaldırıblar. Ümumilikdə, həmin rayonlar üzrə 270 nəfərdən çox əlil şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.

Qeyd edək ki, səyyar protez-ortopediya xidmətinin ölkənin digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur.

Vüsal Qarayev







8 İyul, 2014  13:32 Baxılıb: 678 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner