Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi lakin gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Bölgələrdə isə gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, yaxın 2 gündə Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Vüsal Qarayev







8 İyul, 2014  13:18 Baxılıb: 587 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner