Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hafiz Hacıyev partiya üzvlərini topladı

Müasir Musavat Partiyası İdarə Heyəti növbəti toplantısını keçirib. Toplantıda öncə qərarların icrası və görülən işlərə baxılıb. Gündəliyin partiyadaxili məsələlər bölümündə təşkilatlarda vəziyyət, yeni seçilmiş Qadınlar Şurasının bu günə qədər gördüyü işlər haqqında məlumat verilib .Görülən işlərin müzakirə edilərək dəyərləndirilib, görüləcək işlərlə bağlı konkret qərarlar qəbul edilib və tapşırıqlar verilib. Bundan sonra ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib. Əsas diqqət ölkədə son günlər dini zəmində baş verənlər, bu ad altında vəziyyəti gərginləşdirən qüvvələrin məqsəd və məramlarına yönəlib.

Tolerantlığın yüksək səviyədə qorunub-saxlanıldığı Azərbaycanda hadisələrin daha da həssaslaşmaması üçün hakimiyyətin gördüyü tədbirlərin təqdirəlaiq olduğu qeyd edilib. Partiya üzvlərinə də bu yöndə ehtiyatlı olmaq tapşırılıb. Daha sonra gənclərin yaxın aylarda keçirmək istədiyi konfrans və hazırlığın səviyəsi müzakirə edilib.Yay ayının insanlarda bir az passivləşmə yaratmasını nəzərə alan MMP İdarə Heyəti Gənclər Təşkilatının konfransını sentyabr ayına kimi təxirə salıblar. Əsası gənc tələbələrdən ibarət olan üzvlərin əksərinin rayonlara ,evlərinə getməsi rəhbərliyin bu qərarı verməsinə səbəb olub. Bundan sonra keçən həftə MMP sədri Hafiz Hacıyevin ölkə prezidentinə Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Bakı Şəhər Baş Prokurorluqda açılan çinayət işinin ləngidilməsi ilə edilmiş müraciəti müzakirə edilib.Cinayətdə təqsirli bilinən Əli Kərimovun yenidən fəallaşması və ölkədə fəaliyyət göstərən xarıcı təşkilatlardan və səfirliklərdən dəstək alması tənqid hədəfinə çevrilib. Sonda cari məsələlər müzakirə edilərək toplantı başa çatıb.







8 İyul, 2014  13:09 Baxılıb: 635 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner