Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Abid Şərifov: “Bələdiyyələrə qarşı ciddi tədbirlər görüləcək”

“Böyük layihələrlə əlaqədar söküntü zonasına düşən evlər, istər sənədi olsun, yaxud olmasın həmin evlər prezidentin tapşırığına əsasən söküləcək”. Simsar.az xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib. O, qeyd edib ki, həmin ərazilərdə yaşayan sakinlərdən heç bir sənəd istənilmədən konpensasiya ödənilir. Evlər sənədləşmədiyinə görə, orda yaşayan insanları incitmək olmaz.

A. Şərifov bir neçə ay müddətdə qanunsuz tikililərlə bağlı daha ciddi tədbirlər görüləcəyini deyib. “Eyni zamanda, sürüşmə zonasında da vətəndaşlara torpaq satırlar. Həmin vətəndaş da bilmir ki, bu təhlükəli ərazidir. Bir müddətdən sonra isə vətəndaşın çəkdiyi xərc tələf olur. İnsanların təhlükəsizliyini qorumaq üçün bu məsələni gündəmdə saxlayacayıq”.

Nazir müavini həmçinin bildirib ki, ayrı-ayrı qurumlar qanunları tam mənimsəməyiblər. “Bizim ayrı-ayrı qurumlarımız qanunları lazımı qədər bilmir. Torpaq paylayan bələdiyyələrin əksəriyyəti torpağın paylanması ilə bağlı çoxlu sayda səhvlərə yol verirlər. Biz bunun qarşısını almalıyıq, çünki bu cür qanunsuzluqların sonu görünmür . İlk növbədə həm vətəndaşları, həm qurumlarımızı marifləndirmək lazımdır. Qanunlar, qaydalar ciddiləşməli, bununla da insanlar maliyyələşməlidir. Mən düşünürəm ki, insanlar qanunu bilə-bilə qanunsuzluğa yol verməzlər”.

Aysel Kərimova







8 İyul, 2014  11:56 Baxılıb: 684 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner