Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Xanım İsmayılqızı vəfat edən oğluna şeir yazdı: "Oğlum"

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, mahnı bəstəcisi Xanım İsmayılqızı oğlu Fəridin ölümündən sonra düşüncələrini sosial şəbəkədə bölüşüb. Simsar.az-ın məlumatına görə, X.İsmayılqızı “Fasebook” səhifəsində bu sözləri yazıb: “Şeirlərimi, nəğmələrimi bölüşə-bölüşə sizlərə necə doğmalaşdığımı anladım. Neçə gündü dərdimin içindəyəm. Bu günlərimi mənimlə bölüşərək, yanımda olduğunuza görə, hər birinizə minnətdaram. Kaş ki... Bütün yazılanları oxudum. Gecənin üzünü sizin dualarınızla örtürəm.  Çox sağ olun”.

Şairə dünyasını dəyişmiş oğluna şeir də həsr edib:

 

“Oğlum”

 

Susuzluqdan yanıram,

Ovcunda su ver içim.

O suya bir az ürəyini qoy,

Bir az hərarətini çilə,

İçim, dirilim damla-damla,

Gilə-gilə...

Sönsün quraqlıq odum,

Qurtum-qurtum doğulum....

OĞLUM...

 

Qeyd edək ki, xanım şairənin oğlu Fərid qəflətən ürək tutmasından dünyasını dəyişib.






8 İyul, 2014  11:14 Baxılıb: 1104 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner