Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Baş direktor: “Məqsəd NATO ölkələrini bu işə cəlb etməkdir”

“Azərbaycan ərazilərinin minalardan təmizləməsi üzrə Ceyrançöl təmizləmə layihəsinə 2004-cü ildə başladıq. Təxminən 600 hektar torpaqda əməliyyatlar aparılaraq, 600 minə yaxın sursat çıxarılıb.” Simsar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov deyib. “Təssüflər olsun ki, Sovet ordusunun həddindən artıq təlim poliqonları, bazaları, 64 milyon kv.metr ərazi 25 il ərzində onlar tərəfindən tank poliqonu kimi istifadə olunurdu”. O deyib ki, layihə qurtardıqdan sonra hökumətin tapşırığı ilə Ceyrançöl ərazisində, Ağstafa rayonunda Qazax rayonundakı ərazilərin minlardan təmizlənməsi prosesi aparılacaq. Həmin ərazidən yerli əhali istifadə eləmir, orada yalnız sərhəd qoşunları dayanıb”.

N. İsmayılov ölkə başçısının tapşırığı ilə NATO ilə birgə layihəyə iki ilə əvvəl başlandığını deyib. Onun sözlərinə görə, böyük ərazilər 3 fazaya bölünəcək. “Artıq I faza 19 milyon kv.metr ərazinin təımizlənməsi prosesi tamamlanıb.Həmin ərazidən 12 minə yaxın sursat tapılaraq, ləğv olunub. İkinci mərhələ isə təxminən 23 milyon kv.metrlik ərazi daxildir. Daha sonra o, NATO-nun bu işdə təcrübəsinin yüksək olduğunu və onun bu işdə iştirak etməsininmühüm amil daşıdığını bildirib. “Bu işdə NATO-nun əsas rolu bizə məsləhətlər vermək, bizi müasir avadanlıqlarla təmin etmək və NATO ölkələrinin donorlarını bu işə cəlb etməkdən ibarətdir” – N.İsmayılov belə deyib.

Aysel Kərimova







8 İyul, 2014  10:58 Baxılıb: 553 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner