Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda əhalinin sosial narazılığı azalıb

“Qaynar Xətt”ə müraciətlərdə 1.5 dəfə azalma müşahidə olunur.

Bu ilin ilk yarımilində keçən illə müqayisədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə nazirliyin 142 -“Qaynar Xətt”inə edilən müraciətlərin sayı azalıb.

Müraciətlərin sayı əlillik təyinatı və reabilitasiya məsələləri üzrə 2,9 dəfə azalaraq 252-yə, əmək hüquqlarının təminatı sahəsi ilə bağlı 2,3 dəfə azalaraq 99-a eniib. Ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə 2372 müraciət daxil olub. Bu da qeyd olunan dövrlə müqayisədə 1,3 dəfə azdır. Məşğulluq məsələlərinə dair müraciətlərin sayı isə 2 dəfəyə yaxın azalaraq 93-ə enib.

Ümumilikdə “Qaynar Xətt”ə 2816, yəni ötən ilin ilk yarımili ilə müqayisədə  1,5 dəfə az müraciət daxil olub. Həmin müraciətlərin əksər qismi nazirliyin fəaliyyət sahələrində aparılan islahatlarla əlaqədar sorğu xarakteri daşıyıb. Hər bir müraciət nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən cavablandırılıb. Şikayət məzmunlu müraciətlər isə araşdırılaraq konkret tədbirlər görülüb.

Ülviyyə







8 İyul, 2014  10:39 Baxılıb: 559 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner