Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Qoğalın nağılı”na ictimai baxış olacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 86-cı tamaşa mövsümünə Xaçmaz şəhərində M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşası ilə yekun vuracaq.

Teatrın mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, artıq 86-cı mövsümün son tamaşasının hazırlıq prosesi başa çatmaq üzrədir.

Məşqlərinə cari ilin mayın sonlarından başlanılan “Qoğalın nağılı” tamaşasına iyulun 16-da ictimai baxış olacaq.

Pərvin Nurəliyevanın səhnələşdirdiyi eyniadlı pyes əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada əsas rolları Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova, Anar Seyfullayev və başqaları canlandıracaqlar.

Teatrın yeni 87-ci mövsümünün ilk tamaşası da məhz “Qoğalın nağılı” olacaqdır.

Yeni tamaşanın premyerası oktyabrın 11-i və 12-də baş tutacaq.

Günel

 






8 İyul, 2014  10:05 Baxılıb: 1030 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner