Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Ərazilərimizin minalardan təmizlənməsi hökumətin diqqətindədir”

Bu gün Bakıda “Four Seaseons” Mehmanxanasında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların Təmizlənməsi” birgə layihəsinin birinci hissəsinin tamamlanması və ikinci mərhələsininin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Baş nazirin müavini Abid Şərifov bildirib ki, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkəninin şimal qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib. Onun sözlərinə görə, ərazidə olan mina və partlamamış hərbi sursatlar yerli əhali üçün ciddi və daim artan təhlükə yaradır. O deyib ki, ANAMA NATONSPA Sülh Naminə Tərəfdaşlıq etimad Fondunun Ceyrançöl Təmizləmə layihəsi”nin birinci mərhələsi olan 19kv.km ərazinin minalardan təmizlənməsi NATO tərəfindən 4 Oktyabr 2011-ci il tarixində rəsmən təsdiq olunub. Amerika Birləşmiş Ştatları bu layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürüb. Azərbaycan hökuməti bu vəziyyətlə bağlı dərindən maraqlanıb və bu layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırıb.

Nazir müavini həmçinin bildirib ki, layihənin birinci mərhələsi çərçivəsində 28 ay ərzində 19kv.km ərazi tam təmizlənib, 14.654 PHSvə 173 mina tapılaraq zərərsizləşdirilib. Layihənin ikinci mərhələsinə 2014-cü ilin iyul ayından başlanması və 24 ay ərzində 23,584,545kv.km əhatə edən sahənin təmizlənməsi nəzərdə tutulub.

Aysel Kərimova







8 İyul, 2014  09:59 Baxılıb: 664 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner