Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Kürd dövlətinə iki veto birdən

Müstəqillik referendumuna hazırlaşan iraqlı kürdlərə 2 ölkədən etriaz gəlib. Misir lideri El Sisi, “Kürdlərin müstəqillik tələbi fəlakət olar” deyib, İran isə bunun İsrailin istəyi olduğunu bildirib.

Ötən günlərə qısa nəzər salasaq görərik ki, İŞİD-in sürətli irəliləyişi qarşısında İraq ordusunun Kərkükdən geri çəkilməsi, burda kontrolu peşmərgələrin əlinə keçirdi. Bundan sonra Şimali İraq kürd idarəçiliyinin rəhbəri Məsut Bərzani ötən həftə parlamentdən müstəqillik referendumu üçün hazırlıq görmələrini tələb edərək, "Öz taleyimizi özümüz təyin etmək üçün referendum hazırlığına başlayaq” dedi.

İsrail baş naziri Benyamin Netanyahu da müstəqil bir Kürdüstan dövlətinin qurulmasının lehinə olduğunu bidlirərək, kürdlərin öz dövlətlərini qurmağa layiq olduqlarını bildirdi.

Əl Sisi: “Bu fəlakətdir”

Misirin yeni prezidenti Əbdülfəttah Əl Sisi isə dünən – “İraqlı kürdlərin müstəqillik referendumu fəlakətə yol aça bilər”, - deyib: “Kürdlərin müstəqillik tələbi, İraqın kiçik dövlətlərə bölünməsindən başqa bir fəlakət deyil. Müstəqil Kürd dövləti kürdlərin yaşadığı Suriyadakı torpaqları da əhatə edəcək qədər geniş olacaq. Bu orta şərqin dini və etnik kökdən yenidən formalaşdırılmasına yönəlmiş qorxunc planın bir parçasıdır”.

Ankaranın strateji mövqeyi İranla eynidir

İran Xarici İşlər nazirinin müavini Hüseyn Əmir Əbdüllahiyan isə İraqın bölünməsinin bir sionist plan olduğunu deyib: “Netenyahu Kürdüstanın müstqilliyinə böyük sevinclə dəstək verən tək insandır. Amma onun xəyallarının gerçəkləşməsinə imkan verməyəcəyik. Qərbi İraq liderlərindən tələsik addım atmamağı tələb edirik”. Əbdüllahiyan həmçinin bu mövzuda Türkiyə ilə eyni fikirdə olduqlarını deyib: “Türkiyə hazırkı şərtlərə görə hələlik bu mərhələdə sərt reaksiya verməkdən çəkinir. Lakin Qərbi İraqın müstəqilliyi məsələsində Ankaranın strateji mövqeyi İranla eynidir”.

Vüsal Qarayev







8 İyul, 2014  09:00 Baxılıb: 600 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner