Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Beynəlxalq festivalın iştirakçılarına ölkəmiz adından ziyafət verildi

Montrö Beynəlxalq caz festivalının iştirakçılarına Azərbaycanın adından ziyafət verilib.

Simsar.az xəbər verir ki, gecədə İsveçrədə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin nümayəndələri, həmçinin ictimai-siyasi xadimlər iştirak ediblər. Qonaqlar arasında, həmçinin Möntrö Beynəlxalq caz festivalının icraçı direktoru Matyö Jaton, Dünya İqtisadi Forumunun tədbirlər və xidmətlər üzrə baş direktoru Jan Lu Deneria, İsveçrə Baş Assambleyasının Xristian Demokrat Partiyasından olan üzvü, nüfuzlu siyasətçi Filippo Lombardi, UEFA-nın nümayəndəsi David Petriaşvili də olub.

Gecədə Əməkdar Artist Emil Əfrasiyab konsert proqramı ilə çıxış edib.

Həmin gün Montrö Beynəlxalq caz festivalı çərçivəsində görkəmli xanəndə, Xalq Artisti Alim Qasımovun konserti keçirilib. Festivalın konsert proqramında artıq 1 ay əvvəlcədən elan edilmiş konsertə maraq həddən artıq böyük idi.

Anşlaqla keçən konsertdə Azərbaycan muğamı böyük maraqla qarşılanıb. Konsert müddətində və konsertdən sonra tamaşaçıların musiqiçilərimizlə uzun çəkən söhbəti və maraqlı suallar bunu deməyə əsas verir.

Azərbaycan mədəniyyətinin təbliği qarşıdan gələn günlərdə də davam edəcək. İyulun 9,16 və 17-də İsfar Sarabski, “Natiq-ritm” qrupu və “Rast” qrupunun konsertləri, həmçinin nağara və balaban üzrə ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.

Günel







8 İyul, 2014  08:58 Baxılıb: 794 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner