Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Park Cinemada” dan möhtəşəm yenilik

Azərbaycanın yeganə və populyar kinoteatrlar şəbəkəsi olan və kinosevərləri daim yeni-yeni xoş sürprizlərlə təəccübləndirən “Park Cinema” “Platinium” toplanma bonus kart sahibləri üçün möhtəşəm yenilik təklif edir.

Simsar.az  xəbər verir ki, “Platinium” bonus kart sahibləri biletlərin alışı zamanı inzibati bron imkanından yararlana biləcəklər.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev bildirib ki, Azərbaycanda ilk dəfə bu qurumun “Platinium” kart sahiblərinə biletlərin alışı zamanı inzibati bron imkanından faydalanmaq təklif olunur. İndiyədək müştəri bron etdiyi bileti seansın başlanmasına ən geci 40 dəqiqə qalana qədər almadıqda həmin bron ləğv olunurdu. İyulun 10-dan etibarən “Platinium” kart sahibləri bron etdikləri bileti seansın başlandığı an belə alıb filmi seyr etmək imkanı qazanacaqlar.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin bonus proqramı barədə məlumat verən qurumun direktoru bu proqrama 2012-ci il noyabrın 30-dan başlanıldığını qeyd edib. Bildirilib ki, hazırda 115 min kart istiadəçisi vardır. Qızıl kart sahibərinin sayı 1000, platinium kart sahiblərinin sayı isə 500 nəfər təşkil edir.

N.Quliyev 2012-ci ildən başlanan bonus proqramının “Park Cinema” kinoteatrlar şəbəkəsinin daimi müştərisi olan kinosevərlər üçün nəzərdə tutulduğunu qeyd edərək, hazırda bu proqramın iştirakçılarının sayının 115 min nəfəri ötməsindən məmnun olduqlarını vurğulayıb.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin bonus proqramı haqqında məlumat verən N.Quliyev üç statusda – “Standart”, “Gold” və “Platinium” kartların mövcud olduğunu bildirib. İlkin mərhələdə, “kart” öz sahibin hesabına, ümumi biletin dəyərinin 7,5 faiz ball miqdarında güzəşt qazandırır. Sonra kart sahibi kartın balansına 20 manat toplayanda təzə “Gold” kartı əldə edir. O, öz istəyinə görə balların toplanmasını davam etdirə bilər. On faiz güzəşt ilə ya da balları biletlərə dəyişmək olar. Növbəti “Platinium” mərhələyə keçmək üçün bonusları 50 manat məbləginə catdırmaq lazımdır. “Platinium” kartı ümumi məbləğdən 12,5 faiz güzəşt qazandırır.

Günel







8 İyul, 2014  08:19 Baxılıb: 813 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner