Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Mosuldan qaçan Türkmənlər iki od arasında qalıb

Mosulun qərbində İraq Şam İslam Dövləti terroruyla, İraq ordusunun bombardımanı arasında qalan Türkmənlər qaçmağa yer tapmırlar.

İraqda Mosuldan qaçan Türkmənlər iki od arasnda qalıblar. Simsar.az xəbər verir ki, İraq Hava Qüvvələrinin bir gün öncə bombardman elədiyi Mosulun qərbindəki İŞİD-in kontrol elədiyi Türkmən qəsəbələrindən qaçan minlərlə Türkmən, qərbdəki Kürdüstan torpaqlarına buraxılmadıqları üçün, yollardakı boş qalmış xarabalıqlara və dövlət binalarına sığınıblar.

Məlumat üçün bildirək ki, adını İslam Dövləti (İD) olaraq dəyiştirən İŞİD kontrolundakı Mosulun qərbindəki qəsəbə və kəndlərə bir gün öncə İraq Hava Qüvvətləri tərəfindən edilən bombardıman zamanı 2 nəfər ölüb, qadınlı, uşaqlı 29 nəfər isə yaralanıb.

Türkmənlər yurdsuz qalıblar

Şahidlərin ifadələrinə görə, təxminən 45 min əhalisi olan və əhalisinin hamısı Türkmən olan Rəşçidiyə qəsəbəsi başda olmaq üzrə Türkmən qəsəbə və kəndlərindən qaçan minlərlə insan, Peşmərgə gücləri tərəfindən Şimali İraq kürd idarəçiliyinin sərhədləri içində yerləşən Ərbil və Dohuka buraxılmayıblar.

“Bizə sahib çıxan yoxdur”

Hadisə şahidlərindən biri deyir ki, hava hücumundan qaçan minlərlə Türkmən Kürdüstana buraxılmadıqları üçün yollarda, xarabalıqlarda qalmağa məcbur olublar: “Mosuldakı Kürdlər Kürdüstana getdilər, İŞİD sünni Ərəblərə toxunmur, Şiələr də şərqə, Nəcəf və Kərbalaya qaçdılar. Biz Türkmənlərin isə gedməyə yerimiz yoxdur. Biz ortalıqda qalmışıq.

Digər bir zərərçəkmiş isə deyir ki, təhlükəsizliyi qalmayan minlərlə Türkmənin istəyinin Türkiyəyə getmək olduğunu, lakin çoxlarının pasportu olmadığı üçün Terkiyəyə gir bilmirik: “Türkmələr passportları olmadıqları üşün Erbilə, Dohuka belə girə bilmirlər. Dohuktan keçə bilmədikdən sonra, onsuz da sərhədə getmək mümkün deyil. Bizə kimsə sahib çıxmır”.

Qarşudurmaların uzun zamandır daxili müharibəyə gəlib çıxdığı İraqda İŞİD Musul, Tıkrıt, Bakuba və Tlafər şəhərləri ilə yanaşı El-Kaim, Ravə, Aneh, Ratbe və Hadisə rayonlarını da ələ keçirib.

Vüsal Qarayev

 






8 İyul, 2014  08:18 Baxılıb: 695 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner