Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Fransada Azərbaycan günləri başlayır

Bu gün  Fransanın Kann şəhərində Azərbaycan günlərinə start veriləcək.

Simsar.az  xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə başlayan tədbirlər “Azərbaycan ənənələr və gələcək ölkəsi” şüarı altında keçiriləcək.

Artıq Kann şəhəri və ictimai nəqliyyat Azərbaycanın təqdimat banerləri ilə bəzədilib.

İyulun 31-dək davam edəcək Azərbaycan günlərində ölkəmizin tarixini, adət-ənənələrini, eyni zamanda, müasir incəsənətini əks etdirən sərgilər, muğam sənəti, klassik və caz musiqisi, milli mətbəximizdən nümunələr təqdim olunacaq.

“Keçmişdən baxış. Fransa azərbaycanlı rəssamların gözü ilə”, “Azərbaycan ənənələr və gələcək ölkəsi”, “Nizami Gəncəvi” sərgiləri iyulun 31-dək Fransa vətəndaşlarına və turistlərə Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti, ədəbiyyatı - bir sözlə, ölkəmizlə hərtərəfli tanışlığa imkan verəcək.

Azərbaycan günləri çərçivəsində Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi təqdim olunacaq. İtalyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında bu layihə üçün hazırladığı kolleksiya yerli izləyiciləri ölkəmizin geyim ənənələri və bu ənənələrin müasir dəbdə tətbiqi ilə tanış edəcək.

Azərbaycan günləri çərçivəsində, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbir təşkil olunacaq. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin 1-ci Avropa Oyunlarına hazırlığının ölkədən kənarda təqdimatına həsr olunan bu tədbir çərçivəsində Kruazett sahilində qaçış üzrə marafon keçiriləcək.

Xatırladaq ki, Heydər Əliyev Fondu bu günədək Azərbaycanın təbliği istiqamətində İtaliya, Almaniya, Fransa, Yunanıstan, Rusiya və digər ölkələrdə, eləcə də bu dövlətlərin regionlarında bir sıra layihələr həyata keçirmişdir. Bu layihələr tarixi və müasir Azərbaycanın təqdimatına, ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlib.

Günel







8 İyul, 2014  08:16 Baxılıb: 847 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner